AZƏRBƏRPA

ELMİ-TƏDQİQAT LAYİHƏ İNSTİTUTU

Görülmüş işlər

“Azərbərpa” ETLİ tərəfindən son illərdə icra olunmuş layihə-smeta işləri

  • Gəncə şəhərində ”Şah Abbas Karvansarayı”-nın bərpa layihəsi;
  • Bərdə şəhərində “Allah-Allah” türbəsinin konservasiya və bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması;
  • ”Atəşgah” məbədinin konservasiya və ətraf sahənin abadlaşdırılmasının layihə-smeta sənədlərinin hazırlanması;
  • Qobustan DTBQ-nun muzey və inzibati binasının tikintisi və ətraf sahənin abadlaşdırılması;
  • Bakı şəhəri İçərişəhər, H.Rzayeva k.9 ünvanında yerləşən iki mərtəbəli Karvansarayın bərpası, istifadəyə uyğunlaşdırılması,o cümlədən mühəndis kommunikasiya xətlərinin yenidən qurulması üzrə layihələndirmə işləri,
  • İsmayıllı rayonu, Basqal kəndində mərkəzi meydanın abadlaşdırılması (eskiz layihəsi);
  • İçərişəhər, Kiçik Qala küçəsi 1-13 ünvanlarına bitişik yerləşən Qala divarlarının şimal-qərbindəki Böyük bürc və Dördbucaqlı Qala arasındakı hissəsinin həm İçərişəhər, həm İstiqlaliyyət küçəsi tərəfindən elmi bərpası və ətrafının abadlaşdırılması üzrə layihələndirmə işləri;
  • Qazax rayonunda XII əsr memarlıq abidəsi olan ”Sınıq körpü”-nün (“Qırmızı körpü”) konservasiya və bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması;
  • Qazax rayonundakı XII əsr memarlıq abidəsi olan ”Sınıq körpü”-nün (“Qırmızı körpü”) əsas ərazisində elmi-arxeoloji tədqiqat işləri;
  • Füzuli rayonunun Babı kəndində “Şeyx Babı” türbəsinin bərpası və türbənin daxili və xarici ərasisində arxeoloji tədqiqat işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması;
  • Bakı şəhəri 11 saylı musiqi məktəbinin yeni binasının tikintisi və müasir avadanlıqlarla təchizatı;
  • Bakı ş.Sabunçu rayonu Nardaran qəsəbəsindəki mədəniyyət evi nəzdində muğam musiqi evinin yaradılması ilə əlaqədar əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması;
  • Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində 9№-li musiqi məktəbinin yeni binasının tikintisi və müasir avadanlıqlarla təchizatının layihə-smeta sənədlərinin hazırlanması;
  • Alban abidələrində elmi-tədqiqat işlərinin aparılması və ayrı-ayrı elementlərdə möhkəmləndirmə işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması;
  • Şəki şəhəri,Şəkixanovların evinin birinci mərtəbəsində XVIII-XIX əsrlərin yaşayış-məişət tərzini əks etdirən ekspozisiyanın təşkili ilə əlaqədar binanın uygunlaşdırılması və ərazinin abadlaşdırılması üçün layihə-smeta sənədlərinin hazırlanması;
  • Gəncə şəhərində “Şah Abbas” Karvansarayının əlavə bərpa-yenidənqurma işləri üçün layihə-smeta sənədlərinin hazırlanması;
  • Qəbələ rayonu, Nic kəndində Alban məbədinin (“Bulun”) bərpa işləri üçün layihə-smeta sənədlərinin hazırlanması;
  • Qobustan Milli tarix-bədii qoruğunun ərazisində atçılıq turizminin yaradılması üçün layihə-smeta sənədlərinin hazırlanması;
  • Şəmkir şəhərində yerləşən və yerli əhəmiyyətli memasrlıq abidəsi olan Alman Lüteran kilsəsinin (inventar № 4999) təmiri və bərpasının layihə-smeta sənədlərinin hazırlanması;
  • Dövlət Tarix Muzeyinin təmir-bərpa işlərinin icrası;
  • YUNESKO xətti ilə “İçəri Şəhər” memarlıq qoruğunun, Şirvanşahlar sarayının, Qız qalasının tədqiqatı.
  • Qusar rayonu, Həzrə kəndi, Şeyx Cüneyt türbəsinin bərpa layihəsi;
  • Qax rayonu, İlisu kəndi, Sumuq qalasınin bərpa layihəsi;

“Azərbərpa” ETLİ tərəfindən icrada olan layihə-smeta işləri

  • Şabran rayonunda “Çıraqqala” tarixi Qoruğu abidələrinin (“Çıraqqala”nın bürc və qala divarları) konservasiyasının və qoruq üçün yeni inzibati binanın tikinti işləri üçün layihə-smeta sənədlərinin hazırlanması;
  • Qəbələ Dövlət tarix-mədəniyyət qoruğunun ərazisindəki “Səlbir”Qalasının bərpa və konservasiya işləri üçün layihə-smeta sənədlərinin hazırlanması;
  • Şabran rayonunun Şahnəzərli kəndində Şabran Tarix-Mədəniyyət abidələrinin konservasiyası və qoruq üçün yeni inzibati binanın tikinti işləri üçün layihə-smeta sənədlərinin hazırlanması;
  • İsmayıllı rayonunun Lahıc qəsəbəsində Tarixi-Memarlıq Qoruğunun yeni inzibati binasının tikinti işləri üçün layihə-smeta sənədlərinin hazırlanması;
  • Tarix və Mədəniyyət abidələrinin mühafizə zonalarının müəyyənləşdirilməsi;
  • Tarix və Mədəniyyət abidələrinin paspotlarının və müvafiq xəritə və proqram təminatının hazırlanması;
  • Tarix və Mədəniyyət abidələrinin bərpası üçün elmi-layihələndirmə sənədlərinin tərtibi, işlənmə qaydası və təsdiqi üzrə təlimatın hazırlanması;
  • Şəki şəhəri ”Yuxarı Baş” DTMQ-nun YUNESKO-nun dünya irs siyahısına daxil edilməsi məqsədilə ilkin fəaliyyət planının hazırlanması;
  • Şəki şəhəri ”Yuxarı Baş” DTMQ-nun YUNESKO-nun dünya irs siyahısına daxil edilməsi məqsədilə uzunmüddətli idarəetmə planının hazırlanması;
  • Oğuz şəhərində “Alban” məbədinin bərpası üşün layihə-smeta sənədlərinin hazırlanması;
  • Oğuz şəhərində Alban məbədin bərpası üşün layihə-smeta sənədlərinin hazırlanması;
  • Şəki şəhərində Xan Sarayını əhatə edən Qala divarlarının təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması;