AZƏRBƏRPA

ELMİ-TƏDQİQAT LAYİHƏ İNSTİTUTU

Ciddi qəza vəziyyətində olan "Şəkixanovlar evi" ilk tarixi görkəminə qaytarılıb. Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Zakir Sultanov Trend-ə bildirib ki, Azərbaycan KP Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin 24 noyabr 1967-ci il tarixli birgə qərarı ilə Şəki şəhərinin qədim hissəsi olan "Yuxarı Baş" ərazisi tarix-memarlıq qoruğu elan edilib. Qoruq ərazisində yerləşən çoxsaylı abidələrdən biri də "Şəkixanovlar evi"dir. Abidə XVIII əsrın ortalarında Məhəmməd Hüseyn xan tərəfindən tikilib. Ev yaşayış evlərinin inkişaf etmiş saray tipli formasındadır. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi mühafizə olunur.

Ardını oxu...